Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2015-ci ilin yanvar ayında Qeğarkunik vilayətinin Nelli kimi tanınan sakini, özünü müdafiə nazirliyinin polkovnik rütbəli hərbi qulluqşusu, özünə etibar qazanması üçün isə həyat yoldaşı Q.Ş adlı şəxsi isə general rütbəli hərbi qulluqçu kimi təqdim edib.
Bununla da Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birində zabit olan S.T adlı hərbi qulluqçunun yaşayış yerinə yaxın ərazidəki hərbi hissələrdən birinə köçürülməsi üçün həmin zabitin atası V.T-dən ilkin olaraq aldatma yolu ilə külli miqdarda 1 milyon erməni dramı almaqla, həmin vəsaiti mənimsəyib. Həmin pulu vermək üçün zabitin atası evini banklardan birinə girov qoyub.
Hadisə ilə bağlı zərərəçəkənlər hərbi polisə yazılı məlumat veriblər. Həyata keçirilən istintaq axtarış tədbirləri nəticəsində məlum olub ki, qeyd edilən Nelli əslində Qeğarkunik şəhər sakini 1959-cu il təvəllüdlü Knarik Sukiasyandır və o, hərbi qulluqçu deyil.
Alpər Mövludoğlu
Ordu.az