Ordu.az “TASS” agentliyinə istinadən xəbər verir ki, generallar gərginliyin artması şəraitində hərbi insidentlərin qarşısını almaq barədə müzakirələr aparmaq istəyirlər.
“Generallar Gerasimov və Skaparottinin görüşünə hazırlıq bitmək üzrədir, görüş bu ay keçiriləcək. Onların danışıqlarının əsas mövzusu Rusiya və NATO-nun hərbi sahədə addımlarının yanlış anlaşılmaması üçün hərbi insidentlər barədə xəbərdarlıq məsələləri olacaq. Bu cür kontaktlar gərginliyin artması şəraitində olduqca önəmlidir”, - deyə Brüsseldə olan diplomatik mənbə bildirib.
Ordu.az