Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə eksperti Qriqori Trofimçuk bildirib.
Trofimçukun fikrincə, Naxçıvan Ermənistan-Azərbaycan münaqişəsi kontekstində strateji və ən təhlükəli istiqamətdir.
"Qarabağ münaqişəsi daha da gərginləşərsə, Naxçıvan gözdən kənar qalmayacaq və bu başa düşüləndir. Hesab edirəm ki, Azərbaycan Naxçıvan istiqamətinin əhəmiyyətini dərk edir və yalnız bu istiqamətdə öz varlığını möhkəmlətməklə deyil, həm də göstərmək istəyir ki, Qarabağda hərbi əməliyyatlar başlayarsa, İrəvan Naxçıvan istiqamətində vəziyyəti gərginləşdirəcəyinə ümid etməsin", - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az