Ordu.az “Business İnsider”ə istinadən xəbər verir ki, təlimlərə adətən sərt reaksiya verən Şimali Koreya ölü səssizliyini qorumağa davam edir.
Agentlik bildirir ki, Şimali Koreya dövlət agentliyi KCNA-da apardığı araşdırma nəticəsində aydın olub ki, geridə qalan illərin tam əksinə olaraq təlimlərlə bağlı heç bir məlumat paylaşılmayıb. Bu isə KXDR-in ənənəvi mövqeyi ilə 180 dərəcəlik ziddiyyət təşkil edir.
Qeyd edək ki, təlimlərdə hava, quru, dəniz və xüsusi təyinatlı qüvvələr iştirak edir. Bundan başqa təlimlərin “Açar Həll” adlı iki həftəlik komputer simulyasiyalı hissəsi də nəzərdə tutulub.
Məlumuata görə, Cənubi Koreyadan 300 min, ABŞ-dan isə 23 min olmaqla ümumilikdə 323 min əsgər təlimdə iştirak edir.
Ağalar Ağalarlı
Ordu.az