Yaponiya MN: “Ölkədəki ABŞ hərbi təyyarələrinin qəzaları artır”

2018/01/cropped_image_l456456_1516606601.jpg
Oxunub: 3776     15:41     22 Yanvar 2018    
Yaponiya Müdafiə naziri İtsunori Onoderanın sözlərinə görə, Yaponiyadakı ABŞ hərbi təyyarələrinin törətdiyi qəzalar 2016-cı illə müqayisədə iki dəfə artıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Onodera jurnalistlərə verdiyi müsahibədə 2016-cı ildə 11, 2017-ci ildə isə 25 belə hadisənin baş verdiyini bildirib.

Onodera əlavə edib ki, bu rəqəmlər əlimizdə olan məlumatlara əsaslanır və say getdikcə artır.

Bu ayın əvvəllərində ABŞ hərbi helikopterlərinin Okinava prefekturasında etdiyi iki məcburi enişdən sonra nazir yanvarın 9-da ABŞ-ın Sakit okean Komandanlığının rəhbəri admiral Harri Harrislə görüşərək oxşar hadisələrin bundan sonra baş verməməsi üçün səylərin artırılmasını tələb edib.

Lakin Harris həmin görüşdə xırda qəzalar da daxil olmaqla, 2016-cı ildə 30 hadisənin baş verdiyini, 2017-ci ildə isə bunun 25-ə qədər azaldığını iddia edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qəza   HHQ  


Bizi "telegram"da izləyin