Ordu.az “Sputnik”in Moskva bürosuna istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Suriya hökumət qüvvələri və silahlı dəstələr İdlib vilayətinin şərq hissəsində mühasirəyə düşən 1500-dən çox “Fəth əl-Şam cəbhəsi” (“Ən-Nusra Cəbhəsi”) terrorçularını məhv etməyə başlayıb. Silahlı qüvvələr tanklar, piyada döyüş vasitələri, sahə artilleriya sistemləri və minaatanlarla silahlanıb”, - deyə məlumatda bildirilib.
Bundan başqa nazirlik əlavə edib ki, son 24 saat ərzində Suriya Silahllı Qüvvələri Əbu Duhurun şimal hissəsində 3.7 mil irəliləyərək 24 yaşayış məntəqəsini azad ediblər.
Ağalar Ağalarlı
Ordu.az