Fransa XİN: Rusiya Suriyanı təkbaşına bərpa edə bilməyəcək

2018/01/463415876567_1516603029.jpg
Oxunub: 2836     14:40     22 Yanvar 2018    
“Rusiya Suriyanı təklikdə bərpa edə bilməyəcək, çünki Moskva bunun üçün yetərincə resursa sahib deyil”.

Ordu.az AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-İv Le Drian bəyan edib.

“Rusiya bu böhranı təkbaşına həll edə bilməz. Suriya nə vaxtsa bərpa olunacaq, lakin hələlik Rusiyanın bunun üçün yetərincə resursu yoxdur”, - deyə Le Drian bildirib.

Onun fikrincə, Rusiya Qərbdən kömək istəyəcək və nəticədə avropalılar yalnız fundamental hüquqlara riayət olunduğu rayonların bərpası və stabilləşməsinə iştirak edəcəklər.

AFP həmçinin Dünya Bankının məlumatlarını açıqlayıb və bu məlumatlara görə, vətəndaş müharibəsi nəticəsində Suriyaya 226 milyard ABŞ dolları civarında zərər dəyib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya  


Bizi "telegram"da izləyin