Türkiyə HHQ Afrində 45 hədəf məhv edib

2018/01/orig-15165898845e20c13faf988a6122af7fb929da49a243534_1516600510.jpeg
Oxunub: 2930     13:53     22 Yanvar 2018    
Türkiyə Hərbi Hava Qüvvələri Afrində keçirilən əməliyyatlar çərçivəsində dünən 45 müxtəlif hədəfi aviazərbələr vasitəsilə məhv edib.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının bəyanatında bildirilir.

Ötən gün ərzində sığınacaqlar, silah anbarları, həmçinin atəş mövqelərinin məhv edildiyi qeyd olunur.

Həmçinin ötən gün ərzində Afrinə 30-dan çox təyyarənin zərbələr endirdiyi və onların hamısının uğurla aviabazaya qayıtdığı vurğulanır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-ordusu   Afrin   Zeytun-budağı  


Bizi "telegram"da izləyin