Afrindən Türkiyəyə 3 raket atıldı - 1 ölü, 32 yaralı

2018/01/turkiya-raket324_1516545133.png
Oxunub: 4012     22:11     21 Yanvar 2018    
Bu gün Suriyanın Afrin bölgəsindən Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsinə 3 raket atılıb.

Ordu.az NTV telekanalına istinadən xəbər verir ki, raketlərdən ikisi Reyhanlının Rıfat Bahadırlı prospektindəki bir evə və Cümhuriyyət prospektindəki iş yerinə düşüb.

Nəticədə 2-si ağır olmaqla, 32 nəfər yaralanıb. İş yeri yaxınlığında bir avtomobildə olan suriyalı mühacir isə ölüb.

Qeyd edək ki, ötən gün Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zeytun-budağı   Afrin   Türkiyə  


Bizi "telegram"da izləyin