Türkiyə quru əməliyyatına başladı: Tanklar Afrinə daxil oldu

2018/01/turk-ordusu-tank432_1516523343.jpg
Oxunub: 1870     16:26     21 Yanvar 2018    
Türkiyə Silahlı Qüvvələri (TSQ) bu gün Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, tanklar Suriyanın Afrin bölgəsinə daxil olub və "Azad Suriya ordusu" müxalifət birləşmələrinə dəstək göstərir.

Bildirilir ki, quru əməliyyatları zamanı Türkiyə ordusu ciddi müqavimətlə üzləşməyib. YPG terrorçuları ətraf kənd və qəsəbələrə geri çəkiliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-ordusu   Afrin   Zeytun-budağı  


Bizi "telegram"da izləyin