Pentaqon: Türkiyənin PKK haqqındakı qayğılarını anlayırıq

2018/01/4154854554854_1516479348.jpg
Oxunub: 2947     03:49     21 Yanvar 2018    
Pentaqon Türkiyə Silahlı Qüvvələrinin Afrin bölgəsində PYD/PKK və İŞİD-ə mənsub terrorçuları təsirsiz hala gətirmək üçün başlatdığı "Zeytun budağı" əməliyyatı ilə bağlı açıqlama verib.

Ordu.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Pentaqon gərginliyin artırılmamalı olduğunu bildirib.

“Bütün tərəfləri gərginliyi artırmamağa və ən önəmli vəzifə olan İŞİD-i məhv etməyə yönəlməyə çağırırıq. Türkiyənin ABŞ tərəfindən də terror siyahısına salınan PKK haqqındakı qayğılarını anlayırıq. ABŞ PKK-ya heç bir dəstək təmin etmir”, - deyə Pentaqonun mətbuat katibi Rankin Qallouy qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Afrin   Zeytun-Budağı  


Bizi "telegram"da izləyin