Binəli Yıldırım: "Sabahdan etibarən quru qüvvələri əməliyyata qoşulacaq"

2018/01/5a6391ed61361f0b5c8b665e_1516476296.jpg
Oxunub: 1374     03:19     21 Yanvar 2018    
Çankaya sarayında Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı ilə görüşən Türkiyə Baş naziri Binəli Yıldırım sabahdan etibarən prosesin gedişatına uyğun olaraq quru qüvvələrinin də zəruri olan fəaliyyətləri yerinə yetirəcəyini bildirib.

Ordu.az BBC-yə istinadən xəbər verir ki, Yıldırım hərakatın ilk mərhələsini Türkiyə Hərbi Hava Qüvvələrini yerinə yetirlldiyini və demək olar ki, bütün hədəflərin məhv edildiyini söyləyib.

O, bazar günündən etibarən Türkiyə Quru Qoşunlarının da əməliyyata qoşulacağını bldirib.

“Türkiyə Cümhuriyyətinin hədəfi qətiyyən Suriyanın ərazi bütövlüyünə xələl gətirmək deyil. Görülən iş cənub sərhədimizdən Suriyanın şimal-qərbindən son 3 il ərzində ölkəmizə və Fərat Qalxanı bölgəsinə edilən təcavüzləri və buradakı itkiləri, həmçinin sərhəd vilayətlərimizdə yaşayan sivillərə istiqamətlənən hücumları, terror fəaliyyətlərini aradan qaldırmaqdır”, - deyə nazir əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Binəli-Yıldırım   Türkiyə-HQQ   Afrin   Zeytun-budağı  


Bizi "telegram"da izləyin