Pakistan MN: Pakistan-ABŞ kəşfiyyat əməkdaşlığı mövcud deyil

2018/01/khurram-dastagir-640x386345634_1516445981.jpg
Oxunub: 3999     18:57     20 Yanvar 2018    
Pakistanın müdafiə naziri Xürrəm Dəstgir Xan ölkəsinin ABŞ-la pozulan əlaqələrinin iki müttəfiq arasındakı təhlükəsizlik və kəşfiyyat əməkdaşlığını az qala sıfır səviyyəsinə qədər zəiflədib.

Ordu.az “Pakistan Today”ə istinadən xəbər verir ki, iki ölkə arasındakı əməkdaşlıq 11 Sentyabr hücumlarından sonra sürətlə inkişaf edib.

Lakin Müdafiə naziri Dəstgir Xan bildirib ki, Vaşinqtonun son zamanlardakı çıxışları əlaqələrə ciddi şəkildə sarsıb.

“Prezident Trampın istifadə etdiyi ritorika Pakistan hökumətinin fəaliyyət azadlığını azaldıb. Əməkdaşlıq Birləşmiş Ştatlarla olan münasibətlərin təbiətindən asılıdır. Nə zaman ki, əlaqələr zəifləyir, əməkdaşlıq da zəifləyir. Hal-hazırda iki ölkə arasındakı əlaqələ “soyuq sülh” vəziyyətindədir”, - deyə o qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   ABŞ  


Bizi "telegram"da izləyin