Pakistan donanma rəhbəri: “Güclü donanma regionun stabilliyi üçün önəmlidir”

2018/01/7567_1516438838.jpg
Oxunub: 2842     16:58     20 Yanvar 2018    
Pakistan donanması logistika komandanlığının illik mükafatlandırma mərasimində iştirak edən donanma rəhbəri admiral Zəfər Mahmud Abbasi donanmanın inkişafından danışıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, admiral məhdud resurslara və texnoloji çatışmazlıqlara baxmayaraq donanma personalının çox yaxşı iş ortaya qoyduğunu bildirib.

Abbasi qeyd edib ki, müasir və güclü donanma təkcə vətənin təhlükəsizliyi üçün yox, həm də regionun stabilliyinin təminatı üçün də önəmlidir.

“Pakistan donanmasının modern və güclü çəkindirmə imkanlı bir qüvvəyə çevirmək üçün yeni platformaların təşviq edilməsi və texniki imkanlar da personal hazırlığı qədər əhəmiyyətlidir”, - deyə o bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Donanma  


Bizi "telegram"da izləyin