Suriyadakı Rusiya qoşunları Qutanın şərqində münaqişənin ortasında qalan əhalinin köçürülməsinə davam edir.
Ordu.az “TASS”a istinadən xəbər verir ki, Rusiya Suriya Ərəb Qızıl Aypara Cəmiyyəti ilə birlikdə müxaliflərin nəzarətində olan Dumadan 10 nəfərin çıxmasına kömək edib.
Suriyadakı qoşunların komandiri general-mayor Yuri Yevtuşenko Qutanın şərqindən əhalinin təxliyəsinin davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, ərazidən çıxarılan insanlar tibbi institutlara təhvil verilir.
Ağalar Ağalarlı
Ordu.az