Ordu.az “Seqodnya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Dünya Siyasi İnstitutunun direktor müavini Nikolay Beleskov bəyan edib.
“Gürcüstanla dekabrın ortalarında bu baş verdi, lakin orada vəziyyət fərqli idi. Ukrayna barədə danışmaq isə çətindir. Bəli, Ukraynanın ölümcül silahla təchiz edilməsin barədə qərarının xüsusi şəkildə gizlədiləcəyi bildirilirdi. Lakin Amerika KİV-ləri, Dövlər Departamenti və ABŞ-ın Ukraynadakı səfiri Mari Yovanoviç silah təchizatı barədə qərarın razılaşdırıldığını bəyan etdilər”, - deyə Belekov bildirib.
Beleskovun mülahizəsinə görə, ABŞ-ın ölümcül silahı Ukraynaya artıq yaz aylarınadək təhvil veriləcək.
“Onlar bizi sadəcə silahla təchiz etməyəcəklər. Onlar həm də bu silahlı öz pulları ilə alacaqlar. Hətta Viktor Mujenko belə silahın təchizatına hazırlıqların görülməsi barədə qərar verib”, - deyə ekspert vurğulayıb.
Ağalar Qəribov
Ordu.az