SQQ Hələbdə yeni əməliyyatlara hazırlaşır

2018/01/received_2455472251345595_1516382784.jpeg
Oxunub: 3890     01:18     20 Yanvar 2018    
Suriya Quru Qoşunları Hələbdə terrorçulara qarşı böyük əməliyyatlara hazırlaşır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli mənbələr bildirib.

Mənbələrin sözlərinə görə, Suriya ordusu Hələbin qərbindəki əl-Xəzər qəsəbəsinə doğru böyük miqyasda qoşun və hərbi sursat göndərib.

Eyni zamanda “ən-Nusra” da həmin ərazi yaxınlığına 15 ədəd zirehli maşın və xeyli sayda qüvvə göndərib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Ən-Nüsra-Cəbhəsi  


Bizi "telegram"da izləyin