Kərzayi Rusiyanın Pakistana verdiyi hərbi yardımı dəstəkləyib

2018/01/received_2455444001348420_1516379065.jpeg
Oxunub: 4032     00:24     20 Yanvar 2018    
Əfqanıstan sabiq prezidenti Həmid Kərzayi Rusiyanın Pakistana verdiyi hərbi yardımı dəstəkləyərək bildirib ki, Birləşmiş Ştatlar Pakistanı silahlandıra bilirsə, Moskva da eynisini edə bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kərzayi Pakistanda olan ABŞ silahlarının Rusiya silahlarından 90 dəfə çox olduğunu bildirib.

“Pakistanda rus silahından 90 dəfə çox ABŞ silahı var. Birinci ABŞ qismini düzəltməli deyilik? Nə vaxt ki onlar bunu 90% azaldarlar, onda biz Rusiyadan Pakistanı silahlandırmasını tələb edə bilərik”, - deyə o qeyd edib.

Keçmiş prezident bildirib ki, ABŞ-ın Əfqanıstanda uğursuz olmasının da səbəbi Pakistana Əfqanıstandan daha çox əhəmiyyət verməsi oldu.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Pakistan   Həmid-Kərzayi  


Bizi "telegram"da izləyin