Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Mövqeyimiz nüvə silahının ləğv edilməsinin bərabər şərtlərlə tam silahsızlaşdırma siyasətinin hər kəsə, o cümlədən nüvə silahına malik dövlətlərə də şamil edilməsinin icrası ilə əlaqədardır”, - deyə Kavrov BMT Təhlükəsizlik Şurasının nüvə silahının qadağası barədə iclasında bildirib.
Xatırladaq ki, nüvə silahının qadağası barədə razılaşma 7 iyun 2017-ci ildə BMT-nin baş qərargahında 53 ölkənin nümayəndələrinin iştirakı ilə qəbul olunub. Qayana, Tayland və Vatikan artıq bu müqaviləni ratifikasiya edib. ABŞ, Rusiya, Çin və digər nüvə gücləri isə müqaviləni ümumiyyətlə imzalamayıb.
Ağalar Qəribov
Ordu.az