Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu məktubun mətni demokratlar partiyasından olan konqresmen Ro Hannanın saytında yerləşdirilib.
“ABŞ nüvə müharibəsi də daxil olmaqla ciddi münaqişəyə səbəb ola biləcək istənilən anlaşılmazlıqdan yayınmaq üçün mümkün olan hər şeyi etməlidir. Sizin (Donald Trampın – red.) bu yaxınlarda Şimali Koreya ilə dialoqa müsbət yanaşmağınız barədə çıxışınız, həçinin Şimali Koreya lideri Kim Çen Inla əlaqələrin bərpasının mümkünlüyü barədə mövqeyinizə qətiyyət verməyə səsləyirik”, - deyə məktubda bildirilir.
Qaninvericilər həmçinin KXDR-in ABŞ-la informasiya mübadiləsi aparmayan nüvə silahına malik yeganə ölkə olduqlarını vurğulayıblar.
Ağalar Qəribov
Ordu.az