Mey və Makron Rusiya siyasətində aqressivliyin artmasını bəyan ediblər

2018/01/175_1516340330.jpg
Oxunub: 2890     13:37     19 Yanvar 2018    
Böyük Britaniya və Fransa Rusiyanın xarici və daxili siyətini daha aqressiv hesab edir, lakin Moksva ilə konstruktiv dialoqu qaydasına salmaq zəruridir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Kralığın baş naziri və Fransa prezidenti Emmanuel Makronun görüşünün nəticələri barədə rəsmi məlumatda qeyd olunur.

“Böyük Britaniya və Fransa Rusiyanın xarici və daxili siyasətində daha aqressiv qərarların artması barədə vahid mövqeyə sahibdir. Bu isə özünü müxtəlif növ strateji qorxutma, dezinformasiyanın istifadəsi də daxil olmaqla kiber məkanda ədavətli fəaliyyət və siyasi sahədə təxribarçılıqda göstərir”, - deyə məlumatda bildirilir.

Həmçinin Böyük Britaniya və Fransanın müvafiq kanallar üzrə Moskva ilə konstruktiv dialoqu yaratmasının zəruriliyi fonunda həmçinin təhlükəsizliklə bağlı problemlər üzrə birgə fəaliyyətinin mühümlüyü də vurğulanır.

Moskvada rəsmi şəxslər Rusiya tərəfindən qonşu ölkələrin qorxudulması, onlara təhdidlərin edilməsi barədə fikirləri davamlı olaraq təkzib edirlər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   Fransa   Rusiya  


Bizi "telegram"da izləyin