Ordu.az Russian.rt.com saytına istinadən xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bəyan edib.
“Biz vəziyyəti diqqətlə izləyirik. İndi hər şey administrasiyanın qərarından, onun tərəfindən Rusiya-Amerika münasibətlərinin qəlizləşdirilməsinin Amerikanın maraqlarına uyğun olmamasının dərkindən asılıdır. Qeyd etmək istərdim ki, biz bu ədavətli fəaliyyəti cavabsız qoymayacağıq”, - deyə Antonov bildirib.
Xatırladaq ki, Amerikanın Moskvadakı səfiri Con Hantsman daha öncə ABŞ-ın Rusiyaya qarşı sanksiyaarı genişləndirməyəcəyini açıqlayıb.
Ağalar Qəribov
Ordu.az