Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə KXDR-in dövlət qəzeti olan “Minçju Çoson”da nəşr olunan məqalədə qeyd olunur.
“Yaponiya baş naziri Tokionun hərbi gücünün artırılmasına bəraət qazandırmaq üçün KXDR tərəfindən raket-nüvə təhlükəsinin olmasından istifadə edir”, - deyə məlumatda bildirilir.
Həmçinin qeyd edilir ki, Tokio üçün KXDR üzərinə hücum Yaponiyanın məhv edilməsi ilə nəticələnəcək və Pxenyan bunu təmin etmək üçün hər cür imkana malikdir.
Ordu.az