Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO Hərbi Dəniz Qüvvələrinin komandanı, britaniyalı vitse-admiral Klayv Conson bəyan edib.
“Hazırda biz dənizdə daha öncə rastlaşmadığımız rəqabətlə üzləşmişik. Rusiya özünü intensiv çağırışlara hazırlayır, Çin də eyni şeyi edir. Bu yalnız NATO-nun strategiyasında hərbi dəniz gücünün saxlanılmasının vacibliyini təsdiq edir,” - deyə vitse-admiral bildirib.
Consonun sözlərinə görə, Rusiya əlində olan imkanları çox yaxşı istifadə edir və bunun nümunəsi Suriyadır.
“Kəşfiyyat sahəsində ruslar daha məqsədəuyğun, aqressiv, açıq və bizim evimizə nə zamansa olduğundan daha yaxın faəliyyət göstərirlər, bu isə bizi bir qədər narahat edir”, - deyə Conson vurğulayıb.
Ağalar Qəribov
Ordu.az