Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT baş katibi Antonio Qutterreş bildirib.
“Birgə Fəaliyyət Planı nüvə silahının yayılmaması və regional, o cümlədən beynəlxalq miqyasda təhlükəsizliyə nail olmaq baxımından böyük uğurdur. Mən əvvəlki kimi əminəm ki, bu plan İranın nüvə proqramının sülh xaraketini və İran xalqı üçün iqtisadi səmərələliyi təmin etməyin ən yaşxşı yoludur”, - deyə Quterreş bəyan edib.
BMT baş katibinin sözlərinə görə, Tehran və Qərb ölkələri arasında digər məsələlər üzrə narazılıqlar səbəbilə bu razılaşma qüvvədən düşməməlidir.
Ağalar Qəribov
Ordu.az