Fransa 2019-cu ildə Estoniyaya hərbçilər göndərəcək

2018/01/546456_1516261698.jpeg
Oxunub: 2769     16:02     18 Yanvar 2018    
Fransa 2019-cu ildə Estoniyada Böyük Britaniyanın başçılıq etdiyi NATO batalyonunun tərkibinə öz hərbi qulluqçularını göndərməyə razılıq verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Hərbi qulluqçular Avropada Rusiyanın artan təzyiqindən müdafiəni təmin etmək üçün NATO-nun Şərqi Avropada hərbi mövcudluğunu genişləndirməsi planına uyğun olaraq göndəriləcəklər”, - deyə məlmatda bildirilir.

London isə Fransanın bu addımının qarşılığında onların Malidə keçirdiyi antiterror əməliyyatlarını dəstəkləyəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa-Estoniya   Mali  


Bizi "telegram"da izləyin