Poroşenko: “Bu qanun layihəsi bizi Avropa yoluna aparır”

2018/01/166-Poroşenko_1516260104.jpg
Oxunub: 2374     15:17     18 Yanvar 2018    
“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında baxılan “Ukraynanın milli təhlükəsizliyi haqqında” qanun layihəsi ölkə qarşısında Avropa İttifaqı və NATO-ya qəbul olmaq vəzifəsi qoyur”.

Ordu.az Unian.ua saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko bəyan edib.

“Yeni qanun layihəsi bizim qarşımızda Avropa İttifaqı və NATO-ya üzv olmaq vəzifəsi qoyur ki, bu da Ukrayanın təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünün zəmanəti olmalıdır”, - deyə Poroşenko bildirib.

Xatırladaq ki, NATO baş katibi Yens Stoltenberq Ukraynanın hələ Alyansa bu yaxınlarda qəbul olmayacağını açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   NATO   Avropa-İttifaqı   Petro-Poroşenko  


Bizi "telegram"da izləyin