Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Tehranda səfərdə olan Pakistanın Müdafiə Sənayesi Naziri Rana Tanvirlə görüşən İranın Müdafiə Naziri Xatəmi səsləndirib.
“İran İslam Respublikası hər zaman müsəlman qonşu ölkələri ilə xüsusilə dost və qardaş Pakisttanla əlaqələri ikitərəfli və regional miqyasda əlaqələri genişləndirməkdə maraqlı olub”, - deyə Xatəmi bildirib.
O qeyd edib ki, Pakistanın ordu komandirlərinin və rəsmilərinin İrana səfərlərinin regionda stabilliyi və təhlükəsizliyi qorumaq, iki dövlət arasında müdafiə sahəsində əməkdaşlığı möhkəmləndirmək baxımından çox əhəmiyyəlidir.
Xatəmi Pakistanlı nazirlə müdafiə, hərbi və texnologiya sahəsində əməkdaşlığın genişlənmməsi ilə bağlı müqavilənin imzalandığını da məlumat verib.
Öz növbəsində Rana Tanvir Xatəmini Pakistana dəvət edib.
Ağalar Ağalarlı
Ordu.az