Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sazişin əsas şərtlərindən biri texnologiya və inkişaf mərkəzinin yaradılmasıdır.
Raket İnkişaf Mərkəzi Finlandiyada yerləşəcək. Mərkəz Finlandiya Müdafiə Qüvvələri üçün qabaqcıl raket sistemi texnologiyasına və “Kongsberg”in raket təkmilləşdirmə proqramına fokuslanacaq.
“Kongsberg” “Patria”nın səhmlərinin 49.9%-nə sahib olsa da, şirkətin səhmlərinin böyük hissəsi Finlandiya hökumətinin əlindədir. Qeyd edək ki, “Kongsberg” şirkətinin səhmlərinə də Norveç hökuməti nəzarət edir.
İki şirkət daha öncə də əməkdaşlıq ediblər. Onlar Norveç ordusuna qabaqcıl yer-hava raket sistemlərinin çatdırılması üzrə birlikdə işləyiblər.
Ağalar Ağalarlı
Ordu.az