Suriya ordusu hələ də “Strela-10” komplekslərindən istifadə edir

2018/01/1516185499_2456_3032392058.jpg
Oxunub: 3135     21:32     17 Yanvar 2018    
Şəbəkədə Suriya ordusu tərəfindən istifadə olunan “Strela-10” hava hücumundan müdafiə komplekslərinin fotosu yayılıb.

Ordu.az “Voyennoye obozreniye” nəşrinə istinadən xəbər verir ki, bu komplekslər əvvəlki kimi döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırdır.

“Əgər “Osa” və “Kvadrat” sistemləri şəbəkədə yetərincə tez-tez peyda olurdusa, “Strela-10”ların şəkilləri cari ilədək demək olar ki, görünməyib. Rast gəlindikdə isə, görünən şəkillər 2012-ci ilədək çəkilib”, - deyə məlumatda bildirilir.

Bu səbəbdən təəccüblü deyil ki, bir çox ekspertlər bu silahın intensiv döyüş illəri ərzində hələ də funksionallığını itirmədiyinə təəccübləndilər.

Qeyd edək ki, bu komplekslər Suriya ordusuna hələ SSRİ dövründə təhvil verilib.



Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-ordusu   Strela  


Bizi "telegram"da izləyin