TBMM üzvü: ABŞ-ın YPG ilə əlaqələri NATO-da bölünməyə səbəb ola bilər

2018/01/ahmet-berat-conkar534545_1516191978.jpg
Oxunub: 1882     20:23     17 Yanvar 2018    
“Sərhəd qüvvələri planını açıqlamaqla əlindəki bütün kardları masaya qoyan Vaşinqton Suriya və region üçün əsl planlarını büruzə verdi”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin deputatı və NATO Parlament Assambleyasındakı Türkiyə qrupunun rəhbəri Əhməd Berat Çonkar səsləndirib.

“Biz əvvəllər ABŞ-ın kürdlərlə əlaqələrini tənqid edərkən, onlar bunun müvəqqəti olduğunu və sadəcə İŞİD-ə qarşı müharibə üçün edildiyini bildirirdilər. Lakin ABŞ-ın indiki əməlləri göstərir ki, ABŞ Türkiyənin təhlükəsizliyinə birbaşa təhdid əmələ gətirən terrorçu YPG ilə uzunmüddətli əlaqələr qurmağa çalışırlar. ABŞ-ın bu əməlləri bizim tərəfimizdən qətiyyən qəbuledilməzdir və ABŞ-la əlaqələrimizin dayandığı müttəfiqlik prinsiplərilə ziddiyyət təşkil edir”, - deyə vəkil bildirib.

O, Pentaqon, ABŞ konqresi və NATO-nun digər üzvlərinin millət vəkillərini NATO-nun əsaslarını sarsıdan bu təşəbbüsə qarşı tədbir görmək üçün vahid cəbhədə birləşməyə çağırıb.

“Əks halda bu alyans daxilində çox ciddi bölünməyə gətirib çıxaracaq. Türkiyə 65 ildən uzun müddətdir ki, alyans daxilində çox önəmli rol oynayır. Əgər ABŞ YPG-dən ibarət “sərhəd qüvvələri” formalaşdırsa, bu NATO-nun bütün prinsiplərinə zərbə olacaq və bütün ikitərəfli razılıqları sarsıdacaq”, - deyə Şokar əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: YPG   ABŞ   Türkiyə  


Bizi "telegram"da izləyin