Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasimi bir daha İranın raket proqramının sadəcə müdafiə və çəkindirmə xarakteri daşıdığını xatırladaraq, müzakirəyə açıq olmadığını qeyd edib.
Xatırladaq ki, Britaniya informasiya agentliyi “Financial Times” İranın son Brüssel görüşlərində raket proqramı üzrə intensiv və çox ciddi dialoqlar aparmağa razılaşdığını xəbər verib.
Bu iddialarla bağlı danışan Qasimi xəbərin heç bir əsası olmadığını bildirib.
“İran İslam Respublikasının raket müdafiə proqramı üzrə siyasəti və mövqeyi təmamilə aydındır və digər dövlətlər də bu mövqedən xəbərdardırlar. Birləşmiş Ştatların propaqanda kampaniyası, təhdidləri və mövqeyinə baxmayaraq bizim yanaşmamız dəyişməyib. Raket proqramımız tamamilə müdafiə xarakterlidir və heç bir dövləti hədəf seçməyib. Bu saxta və əsassız xəbərlər heç bir dəyişikliyə səbəb olmayacaq”, - deyə Qasimi əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az