Ordu.az xəbər verir ki, bu barədə LRT məlumat yayıb.
Bildirilib ki, radarlar xüsusiyyətləri pilotsuz uçuş aparatlarının göstəricilərinə uyğun gələn naməlum obyekt aşkarlayıb.
Qısa müddət sonra həyəcan ləğv olunub və sakinlərə normal həyatlarına qayıda biləcəkləri bildirilib.
Litva Silahlı Qüvvələri vəziyyətə reaksiya olaraq NATO-nun hava patrulu missiyasına aid qırıcıların havaya qaldırıldığını təsdiqləyib.
İlkin ehtimallara görə, Belarus istiqamətindən ölkənin hava məkanına daxil olan obyekt təhlükə yarada bilərdi.
Lakin sonradan hakimiyyət nümayəndələri bunun böyük ehtimalla pilotsuz uçuş aparatı deyil, meteoroloji zond olduğunu açıqlayıblar.
Müdafiə naziri Robertas Kaunas bildirib ki, obyektin xüsusiyyətləri araşdırıldıqdan sonra onun çox güman meteoroloji zond olduğu müəyyən edilib və buna görə də həyəcan rejimi ləğv olunub.
Nazirin sözlərinə görə, hərbçilərin reaksiyası standart prosedur çərçivəsində həyata keçirilib, çünki ilkin məlumatlar pilotsuz aparat göstəriciləri ilə üst-üstə düşürdü.
Milli Böhran İdarəetmə Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas isə yalnız bir obyektin müşahidə edildiyini, lakin mənşəyinin məlum olmadığı üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib.
Onun sözlərinə görə, hazırda vəziyyət sabitdir, lakin vətəndaşlara ayıq-sayıq olmaq tövsiyə edilir, çünki gələcəkdə də oxşar obyektlər görünə bilər.
Hazırda təhlükə səviyyəsi “ağ” səviyyəyə endirilib və vəziyyət aidiyyəti qurumların nəzarəti altındadır.
Sevinc Əliyeva
Ordu.az