Tramp: "ABŞ İranın infrastrukturuna yeni zərbələr endirə bilər"

2026/06/1781065686.jpg
Oxunub: 182     16:06     10 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İranın elektrik stansiyalarına və körpülərinə yeni zərbələr endirilməsi barədə əmr verə biləcəyini bildirib.

Ordu.az xəbər verir ki, o, bu barədə "Fox News" kanalına telefon müsahibəsində deyib.

"Ola bilsin ki, davam edəcəyəm. Onların saziş bağlamaq və xilas olmaq şansı var idi", - Tramp bildirib.

ABŞ Prezidentinin sözlərinə görə, İran tərəfi razılaşmanın əldə olunmasını həddindən artıq yubadıb, bu da, indiki vəziyyətə gətirib çıxarıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin