İsrailin müdafiə naziri: “Livanda SAXAL hərbçiləri üçün heç bir məhdudiyyət olmayıb və yoxdur”

2025/02/1739379664.jpg
Oxunub: 283     17:02     21 İyun 2026    
İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, Livanın cənubunda fəaliyyət göstərən hərbçilərə təhdid yaradan təhlükələrin aradan qaldırılması məsələsində İsrail ordusu üçün heç bir məhdudiyyət mövcud deyil.

Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

“Livanda təhdidlərin aradan qaldırılması istiqamətində əməliyyatların həyata keçirilməsi məsələsində SAXAL hərbçiləri üçün heç bir məhdudiyyət olmayıb və yoxdur”, - deyə Katsın bəyanatında qeyd olunub.

Nazirin sözlərinə görə, Livandakı hərbi əməliyyatlar zamanı əldə edilmiş bütün nailiyyətlər qorunub saxlanılır.

O bildirib ki, İsrail hərbçiləri təhlükəsizlik zonasında yerləşməyə davam edir və burada “Hizbullah” hərəkatına qarşı fəaliyyətlərini davam etdirirlər.

Kats vurğulayıb ki, ötən gün elan edilmiş atəşkəs İsrail ordusunun ölkənin şimal yaşayış məntəqələrini qoruyan təhlükəsizlik zonasındakı bütün mövqelərini saxlamasına imkan verir.

“İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək”, - deyə müdafiə naziri əlavə edib.

Bu arada İsveçrədə ABŞ və İran nümayəndə heyətləri arasında danışıqların başlaması gözlənilir.

Məlumata görə, həmin danışıqlarda əsas müzakirə mövzularından biri Livan ərazisində İsrail qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kats   Livan   İsrail  


Bizi "telegram"da izləyin