İran rəsmiləri ABŞ nümayəndə heyəti ilə birgə foto çəkdirməkdən imtina edib

2026/06/1782061225.jpg
Oxunub: 155     18:16     21 İyun 2026    
İsveçrədə danışıqlar aparan İran rəsmiləri ABŞ nümayəndə heyəti ilə birgə şəkil çəkdirməkdən imtina edib.

Ordu.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Amerika nümayəndə heyəti və danışıqların təşkilatçıları görüşün əvvəlində İran rəsmiləri ilə əlsıxma səhnəsi və birgə foto çəkdirməyi planlaşdırıblar. Lakin İran nümayəndə heyəti buna razılıq verməyib.

"Danışıqlar aparan komandaya yaxın olan bu mənbə əlavə edib ki, İran nümayəndə heyətinin bu mərasimdə iştirakdan imtina etməsi ilə əlaqədar canlı yayım və fotosessiya İran nümayəndə heyəti olmadan keçirilib, bundan sonra İran nümayəndə heyəti iclas zalına daxil olub", - məlumatda əlavə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin