Kreml: Rusiya Ankoric razılaşmalarının icrasını deyil, qələbəni gözləyir

2026/05/1780062641.jpg
Oxunub: 255     17:09     21 İyun 2026    
Rusiya Ankoricdə əldə olunmuş razılaşmaların yerinə yetirilməsini deyil, öz məqsədlərinə çataraq qələbə qazanmağı gözləyir.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov TASS agentliyinə açıqlamasında bildirib.

“Biz bu anlaşmaların və ya razılaşmaların yerinə yetirilməsini gözləmirik, biz qələbəni gözləyirik. Biz öz məqsədlərimizin həyata keçirilməsini gözləyirik”, - deyə Uşakov jurnalist Pavel Zarubinə bildirib.

Kreml nümayəndəsi əlavə edib ki, həmin razılaşmaların tərəflərindən biri onları yerinə yetirmək imkanına tam malik olmayıb.

Onun sözlərinə görə, Ankoric danışıqları zamanı Moskvanın verdiyi bəyanatlar və vədlər Rusiyanın bu münaqişə ilə bağlı prinsipial mövqeyinə əsaslanıb və indi də həmin mövqeyə söykənir.

Xatırladaq ki, avqustun 15-də Alyaskadakı hərbi bazada Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilib.

Danışıqların yekununda Putin bildirib ki, Ukrayna münaqişəsinin nizamlanması sammitin əsas mövzusu olub.

Rusiya lideri ABŞ ilə münasibətlərdə yeni səhifə açmağa və əməkdaşlığa qayıtmağa çağırıb, həmçinin Trampı Moskvaya dəvət edib.

Öz növbəsində ABŞ Prezidenti danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu bəyan etsə də, bütün məsələlər üzrə razılıq əldə edilmədiyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ankoric  


Bizi "telegram"da izləyin