İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb

2026/06/1782048183.jpg
Oxunub: 250     16:21     21 İyun 2026    
İran Livanda atəşkəs elan edilənə və İran neftinin satışına qoyulan məhdudiyyətlər aradan qaldırılana qədər Hörmüz boğazını açmayacaq.

Ordu.az xəbər verir ki, bu barədə İranın Tasnim xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Hörmüz boğazının açılması üçün ilkin şərtlər İranın xarici aktivlərinin blokdan çıxarılması, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, blokadanın tamamilə aradan qaldırılması və neft satışına icazələrin verilməsidir.

Vurğulanıb ki, ABŞ-ın İran limanlarına və sahil ərazilərinə daxil olan və çıxan bütün dəniz nəqliyyatına qarşı blokadanı ləğv etməsi rəsmi Tehranı qane etmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hörmüz  


Bizi "telegram"da izləyin