Primorye diyarında iki nəfərin olduğu helikopter itib

2026/06/1782042836.jpg
Oxunub: 260     15:49     21 İyun 2026    
Rusiyanın Primorye diyarında “Robinson” tipli helikopterin yoxa çıxması ilə bağlı axtarış-xilasetmə əməliyyatı başladılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Məlumata görə, helikopter bazar günü Terneydən Edinka kəndi istiqamətində havaya qalxıb, lakin müəyyən olunmuş vaxtda rabitəyə çıxmayıb.

Helikopterdə pilot və müşahidəçi-pilot olub. Onların hazırkı yeri hələ müəyyən edilməyib.

Şərq Regionlararası Nəqliyyat İstintaq İdarəsinin məlumatına görə, hadisə rayonunda axtarış-xilasetmə işlərinə başlanılıb.

İstintaq orqanları hava nəqliyyatının hərəkəti və istismarı qaydalarının pozulması, iki və ya daha çox şəxsin ölümü ilə nəticələnə biləcək hadisə maddəsi üzrə cinayət işi açıblar.

Uzaq Şərq Nəqliyyat Prokurorluğu bildirib ki, söhbət meşə aviasiyası işlərini yerinə yetirən R-44 helikopterindən gedir.

Məlumata əsasən, ekipaj yerli vaxtla günorta saatlarında əlaqə yaratmalı idi. Nəzarət qurumu uçuş təhlükəsizliyi tələblərinə əməl olunması ilə bağlı yoxlamalara başlayıb.

Edinka kəndi Primorye diyarının ən ucqar yaşayış məntəqələrindən biri hesab olunur və onunla müntəzəm hava əlaqəsi saxlanılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Helikopter  


Bizi "telegram"da izləyin