İsrail və “Hizbullah” arasındakı münaqişə ilə bağlı fövqəladə iclas İsveçrədə keçiriləcək danışıqların gündəliyinə daxil edilib

2026/06/1780395688.jpg
Oxunub: 254     14:40     21 İyun 2026    
İsrail ilə Livanda fəaliyyət göstərən “Hizbullah” hərəkatı arasında münaqişənin nizamlanmasına həsr olunmuş fövqəladə iclas İsveçrədə keçiriləcək sülh danışıqlarının ilk gününün gündəliyinə daxil edilib.

Ordu.az xəbər verir ki, bu barədə “CBS News” danışıqlarda iştirak edən diplomatlara istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar başlayan zaman ilk iclasda İsrail-“Hizbullah” qarşıdurması da müzakirə olunacaq.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens şənbə günü İsveçrəyə yollanıb. İran nümayəndə heyəti isə artıq ölkəyə çatıb.

Danışıqlarda Qətər və Pakistan nümayəndələri də vasitəçi qismində iştirak edirlər.

Bununla belə, nə İsrail, nə “Hizbullah”, nə də Livan hökuməti İsveçrədə keçirilən danışıqların birbaşa iştirakçıları deyil.

Telekanalın qiymətləndirməsinə görə, İsrail ilə “Hizbullah” arasındakı münaqişənin danışıqların gündəliyinə daxil edilməsi və bu məsələnin İranla müzakirə olunması ABŞ strategiyasında müəyyən dəyişikliklərin baş verdiyini göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin