ABŞ-ın blokadanı ləğv etməsindən sonra ilk konteyner gəmisi İran limanına çatıb

2026/05/1779948718.jpg
Oxunub: 253     14:26     21 İyun 2026    
ABŞ-ın İran limanlarına və sahil ərazilərinə daxil olan və çıxan bütün dəniz nəqliyyatına qarşı blokadanı ləğv etməsindən sonra ilk konteyner gəmisi Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanına lövbər salıb.

Ordu.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Qeyd olunub ki, artıq gəminin boşaldılmasına başlanılıb. Əsas yük avtomobillər üçün ehtiyat hissələrdən ibarətdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin