Ordu.az xəbər verir ki, bu barədə məlumatı İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlayıb.
"Bugünkü İsveçrədə keçirilən görüş 18 iyun 2026-cı il tarixli müharibənin sonu haqqında Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinin monitorinqinə həsr olunub. Memorandumun 13-cü maddəsinə əsasən, yekun razılaşma üzrə danışıqların başlanması 1, 4, 5, 10 və 11-ci maddələrin tətbiqindən asılıdır. Bu müddəaların, xüsusən də 1-ci maddənin (Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dayandırılması) tətbiqi olmadan yekun razılaşma üzrə danışıqlar mərhələsinə keçmək mümkün deyil", - deyə o əlavə edib.
Onun sözlərinə görə, İsveçrədəki danışıqlarda İran neftinin ixracı və aktivlərin dondurulmasının aradan qaldırılması da daxil olmaqla, memorandumun bütün bəndlərinin həyata keçirilməsi müzakirə olunacaq.
Ordu.az