Tramp: "Güzgü gölü vandalizm aktlarından sonra yenidən təmir edilməli olacaq"

2026/04/1776101799.jpg
Oxunub: 232     08:28     21 İyun 2026    
Bu yaxınlarda bərpa edilmiş Vaşinqtondakı Güzgü gölü vandalların hərəkətləri səbəbindən yenidən təmir edilməli olacaq.

Ordu.az xəbər verir ABŞ Prezidenti Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Bu gün podratçılarla görüşdük. Yəqin ki, lazımi təmir işləri aparmaq üçün suyun çox hissəsini boşaltmalı və axıtmalıyıq, amma hər şeyi mümkün qədər tez edəcəyik", - Tramp qeyd edib.

Onun sözlərinə görə, cinayətkarlar hovuzun strukturunda 75 metrlik yiv açıb, həmçinin suya sərt kimyəvi maddələr töküblər.

Tramp baş verənləri sabiq prezidentlər; Corc Vaşinqton və Abram Linkolnun xatirəsinə təhqir adlandırıb.

O, daha əvvəl Vaşinqtondakı Milli xiyabanda Güzgü gölünün yenilənməsi, o cümlədən örtüyün rənginin ABŞ bayrağının mavi rənginə dəyişdirilməsi planlarını bildirib, lakin təmirdən bir neçə gün sonra su rəngini dəyişib və bu da əlavə iş tələb edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin