NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin "Apache" zərbə helikopteri qəzaya uğrayıb

2026/05/1779348006.jpg
Oxunub: 444     08:43     09 İyun 2026    
ABŞ-nin"AH-64 Apache" zərbə helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.

Ordu.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti hadisə ilə bağlı bilgisi olan iki şəxsə istinadən məlumat yayıb.

Məlumata görə, heyətin hər iki üzvü xilas edilib.

Hələlik aydın deyil ki, helikopter vurulub, yoxsa qəza texniki nasazlıq nəticəsində baş verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   ABŞ   Apache  


Bizi "telegram"da izləyin