Tramp milli təhlükəsizlik komandası ilə İran məsələsini müzakirə edib

2026/05/1779081248.jpg
Oxunub: 363     01:36     20 May 2026    
ABŞ prezidenti Donald Tramp İran və ona qarşı yenidən hərbi əməliyyatların yenidən bərpa edilməsi ilə bağlı təhlükəsizlik sahəsi üzrə nümayəndələr ilə görüş keçirib.

Ordu.az-ın məlumatına görə, bu barədə "Axios" nəşri mənbələrə istinadən xəbər verib.

"İki rəsmi şəxs bildirib ki, Tramp bazar ertəsi axşamı İranla bağlı görüş üçün yüksək səviyyəli milli təhlükəsizlik rəsmilərini toplayıb. Hərbi fəaliyyət variantlarına dair brifinq də keçirilib. Görüş Trampın çərşənbə axşamına planlaşdırılan İrana zərbələri təxirə saldığını elan etməsindən bir neçə saat sonra baş tutub", - deyə bildirilib.

ABŞ rəsmiləri Trampın yeni hücumların təxirə salındığını elan etməzdən əvvəl İrana yenidən hücum etmək qərarı vermədiyini açıqladılar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin