Ordu.az xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında bildirib.
“Prezident Si mənə söz verdi ki, İrana heç bir silah göndərmir. Bu, çox yaxşı vəddir. Mən bunu yüksək qiymətləndirirəm”, - deyə Tramp qeyd edib.
ABŞ prezidenti Çinə səfəri zamanı Si Cinpin ilə münasibətlərinin yaxşı olduğunu vurğulayıb və Pekinin neft daşımaları üçün açıq dəniz marşrutlarının qorunması ilə bağlı ABŞ-nin narahatlığını bölüşdüyünü bildirib.
“Biz əvvəllər də yaxşı münasibətdə olmuşuq, amma prezident Si ilə həqiqətən çox yaxşı vaxt keçirdik”, - deyə Tramp bildirib.
O əlavə edib ki, Çin neftinin təxminən 40 faizini Hörmüz boğazı vasitəsilə alır.
Tramp qeyd edib ki, Çin neft tankerlərini 20 esminesin müşayiəti ilə göndərmir və Hörmüz boğazının açıq qalmasını istəyir.
“Bu boğazın açıq qalmasını o da istəyir, mən də. Mən onun açıq qalmasını istəyirəm və biz bunu təmin edəcəyik”, - deyə ABŞ prezidenti vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az