Ordu.az xəbər verir ki, Qrinkeviç bu barədə Brüsseldə NATO ölkələrinin hərbi rəhbərləri ilə keçirilən görüşdən sonra çıxışı zamanı danışıb.
“Şərtlər elədir ki, NATO-nun Hörmüz boğazında əməliyyat keçirmək imkanını nəzərdən keçirib-keçirməyəcəyi sonda siyasi qərardır”, - deyə o bildirib.
Açıqlama dünya üzrə neft və qaz tədarükünün mühüm hissəsinin keçdiyi strateji əhəmiyyətli Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması ilə bağlı mümkün tədbirlərin müzakirəsi fonunda səsləndirilib.
Sevinc Əliyeva
Ordu.az