İranda yaşayış massivinə mərmi düşüb

2026/03/1773472557.jpg
Oxunub: 395     20:48     19 May 2026    
İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əndimeşk şəhərində Hava Hücumundan Müdafiə Sistemi yoxlama atəşləri həyata keçirib.

Ordu.az-ın məlumatına görə, bunu İranın Xuzistan vilayəti valisinin müavini Vəliyulla Həyati yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, yoxlama atəşi nəticəsində mərmilərdən biri şəhərdə yaşayış məntəqəsinə düşüb. Nəticədə 4 nəfər yaralanıb.

Həyati deyib ki, yaralılar xəstəxanalara aparılıb və hazırda müalicə olunurlar.

Həyati bildirib ki, İran Silahlı Qüvvələri tərəfindən lazımi tədbirlər həyata keçirilib və şəraitə tam şəkildə nəzarət olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Mərmi  


Bizi "telegram"da izləyin