İran XİN başçısının müavini: “Ya qalib gələcəyik, ya da şəhid olacağıq”

2026/05/1779208248.jpg
Oxunub: 391     20:27     19 May 2026    
İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qaribabadi bildirib ki, İran təslim olmaq barədə bütün çağırışları rədd edir və hərbi təcavüzə qarşı qətiyyətlə müqavimət göstərməyə hazırdır.

Ordu.az xəbər verir ki, Qaribabadi bu barədə ABŞ Prezidenti Donald Trampın İrana qarşı zərbələrin “müvəqqəti” dayandırılması ilə bağlı açıqlamasını şərh edərkən danışıb.

“ABŞ deyir ki, danışıqlara şans vermək üçün İrana hücumları müvəqqəti dayandırıb, amma eyni zamanda istənilən an genişmiqyaslı hücuma hazır olduğunu bildirir. Bu, təhdidi sülh imkanı adlandırmaq deməkdir”, - deyə iranlı diplomat vurğulayıb.

O qeyd edib ki, İran vahiddir və istənilən hərbi təcavüzə qarşı tam hazır vəziyyətdədir.

“İran vahid olaraq qalır və hər hansı hərbi təcavüzə qarşı qətiyyətlə müqavimət göstərməyə hazırdır. Bizim üçün təslim olmaq anlayışı yoxdur: ya qalib gələcəyik, ya da şəhid olacağıq”, - deyə Qaribabadi bildirib.

Sonda iranlı diplomat şəhid Rəcəb Beyqinin sözlərini sitat gətirib: “Biz böyük xalqıq, adımızı tarixə yazın, bütün rənglər arasında qırmızını, bütün ölümlər arasında isə şəhidliyi seçmişik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin