ABŞ Çinlə ticarət atəşkəsini uzatmağa tələsmir

2026/05/1779207827.jpg
Oxunub: 382     20:15     19 May 2026    
Donald Tramp administrasiyası Çinlə tariflər və strateji əhəmiyyətli faydalı qazıntıların tədarükü ilə bağlı qüvvədə olan ticarət atəşkəsini uzatmağa tələsmədiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent “Reuters” agentliyinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, noyabrda başa çatacaq razılaşmanın uzadılması ilə bağlı tərəflərin danışıqlar aparmaq üçün hələ kifayət qədər vaxtı var.

Bessent qeyd edib ki, Çin ABŞ-nin “Section 301” maddəsi çərçivəsində tətbiq etdiyi əvvəlki tarif dərəcələrinin bərpasına razılaşa bilər, əgər yeni gömrük rüsumları artırılmasa.

O bildirib ki, Pekin ABŞ Ali Məhkəməsinin Tramp administrasiyasının əvvəllər tətbiq etdiyi bəzi fövqəladə qlobal tarifləri ləğv etməsindən sonra müəyyən güzəştlər əldə edib.

Bununla belə, Bessentin sözlərinə görə, bu, Çinin öhdəliklərini yerinə yetirməsi baxımından sabit irəliləyiş demək deyil.

“Məncə, biz [atəşkəsi] uzatmağa tələsmirik. Vəziyyət sabitdir”, - deyə nazir bildirib.

O əlavə edib ki, Çin strateji əhəmiyyətli faydalı qazıntıların tədarükü sahəsində öhdəliklərin icrasında “kafi, lakin əla olmayan” səviyyə nümayiş etdirir və Vaşinqton vəziyyəti diqqətlə izləməyə davam edir.

Nazir bildirib ki, Çin Prezidenti Si Cinpinin sentyabr ayında Vaşinqtona səfəri və Donald Trampla görüşü gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin